İnternetdən istifadə edərkən yalnız sürət deyil, ping də böyük rol oynayır. Ping – sizin cihazınızdan serverə göndərilən siqnalın cavab müddətini ölçür. Başqa sözlə, “mən burdayam, sən orda varsan?” deyə siqnal göndərirsiniz, server “bəli” deyəndə həmin cavab neçə millisaniyəyə (ms) gəldiyini göstərir.
Ping niyə vacibdir?
IPTV: Ping yüksəkdirsə, görüntü donur, gecikir.
🎮 Onlayn oyunlar: Reaksiya gecikmələri olur, oyun "lag" verir.
📹 Videozəng və yayım: Səs və görüntü sinxron olmur.
💻 Uzaq sistemlər: Gecikmə ilə işləmək çətinləşir.
Yaxşı ping neçə olmalıdır?
Ping Qiymətləndirmə
0-15 ms Əla
15-25 ms Yaxşı
25-35 ms Orta
35-100 ms Zəif
100 ms+ Yararsız
Necə ölçmək olar?
Speedtest.net saytına daxil olun
Testə başlayın
“Ping” dəyərinə baxın (məsələn: 25 ms)